Bu il işdən çıxarılan icra başçıları - SİYAHI


Yola salmağa hazırlaşdığımız 2018-ci ildə işdən çıxarılan icra başçıları az olmadı. Hələ ilin əvvəlində xeyli icra başçısının vəzifəsindən azad ediləcəyi ilə bağlı proqnozlar verilmişdi.
Bildirilirdi ki, Nazirlər Kabinetində aparılan ciddi kadr dəyişikliklərindən sonra növbə yerli icra hakimiyyəti başçılarına çatıb.
Millət vəkili Zahid Oruc Yeniavaz.com-a açıqlamasında bildirmişdi ki, ölkə rəhbərinin hökumətdə həyata keçirdiyi dəyişikliklərin davamı olaraq icra orqanlarında yeni təyinatlar həyata keçiriləcək: "Dövr dəyişir. Dünən çox yararlı çalışan bir komanda üzvü sabahın təlimlərinə uyğun olmaya bilir. Prezidentin komandasında apardığı dəyişikliklər həm islahatların gələcəyinə böyük inam verir, həm şəffaflığı artırır, yeni meyarlar və prinsiplər əsasında çalışmalara önəm verildiyi mesajını cəmiyyətdə bərqərar eləyir. Bu qərar insanlarımız tərəfindən müdafiə olunur, rəğbətlə qarşılanır. Bununla Prezident ölkə quruculuğunda yeni bir dönəmin, yeni bir mərhələnin başlandığını elan eləyir".
Yeniavaz.com saytı 2018-ci ildə işdən çıxarılan İcra Hakimiyyəti başçılarının siyahısını təqdim edir.
 
1. Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim İsa oğlu Məmmədov vəzifəsindən azad edilib (13 dekabr, 2018-ci il).
 
2. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev vəzifəsindən azad olunub (30 oktyabr 2018-ci il).
 
3. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif İdris oğlu Abdullayev işdən çıxarılıb (5 oktyabr 2018-ci il).
 
4. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Rüstəm oğlu Vəliyev vəzifəsindən azad edilib (28 avqust 2018-ci il).
 
5. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Müzəffər oğlu Bayramov işdən çıxarılıb və Gəncəyə başçı təyin olunub (28 avqust 2018-ci il).
 
6. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Şəmsəddin oğlu Səfərov vəzifəsindən azad edilib (30 iyul 2018-ci il).
 
7. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Məhəmmədəli oğlu Zeynalov vəzifəsindən azad edilib (7 iyun 2018-ci il).
 
8. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Allahverdi oğlu Məmmədov işdən çıxarılıb (6 iyun 2018-ci il).
 
9. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Qəni oğlu Yediyarov vəzifəsindən azad olunub (1 iyun 2018-ci il).
 
10. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Musa oğlu Aslanov işdən çıxarılıb (18 may 2018-ci il).
 
11. Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin Şahmar oğlu İsgəndərov işdən azad olunub (17 may 2018-ci il).
 
12. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala İbrahim oğlu Abutalıbov işdən çıxarılıb (21 aprel 2018-ci il).
 
13. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizov vəzifəsindən azad olunub (2 fevral 2018-ci il).

DİGƏR XƏBƏRLƏR

Top