
Ermənistanın hərbi hissələrinin birində hərbçi güllə yarası alıb.
Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, yaralanan əsgər 19 yaşlı Andranik Hovannisyandır.
Qeyd edilir ki, insident dekabrın 17-də baş verib. Həkimlər hərbçinin həyatını xilas edə biliblər, lakin o, hələ də reanimasiyadadır. Fakt üzrə ilkin istintaq başlanıb.