Rusiyada işləyən azərbaycanlıların aylıq məvacibi açıqlandı


2018-ci ilin əvvəlindən Rusiyaya 16 milyondan çox xarici vətəndaş gəlib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, onların yarısından çoxu Rusiyaya qazanc məqsədilə gedib.
Rusiyaya gedən əmək miqrantlarının əksəri MDB ölkələrindəndir. İlk üçlükdə Tacikistan, Özbəkistan və Qırğızıstan qərarlaşıb. Miqrantların 30%-i tikinti sahəsində çalışır. Digər populyar sahələr topdan və pərakəndə ticarət, avtotəmir və emal istehsalıdır.
Ali İqtisadiyyat Məktəbinin araşdırmasına əsasən, ötən il Rusiyada ən çox belaruslu miqrantlar qazanıblar. Onların orta aylıq məvacibi 40 min rubldan çox təşkil edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq Azərbaycan və Gürcüstan tutur. Bu ölkələrin vətəndaşları ayda ortalama təqribən 36 min rubl alırlar.
Əmək miqrantları öz gəlirlərinin təxminən 40%-ini evə göndərir. Maliyyə araşdırmaları üzrə milli agentliyin məlumatına əsasən, bu baxımdan birinci yeri Özbəkistan vətəndaşları tutur. İlin əvvəlindən onlar Rusiyadan 700 milyon dollardan çox vəsait köçürüblər.

DİGƏR XƏBƏRLƏR

Top