BMT Qaçqınlar haqqında paktı təsdiqlədi: ABŞ 181 ölkəyə qarşı çıxdı


BMT Baş Assambleyasının iştirakçıları Qaçqınlar haqqında paktı böyük səs çoxluğu ilə təsdiq ediblər. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, BMT-nin 193 üzv ölkəsindən 181-i sənədin lehinə səs verib. ABŞ və Macarıstan sənədin əleyhinə olub. Liviya, Eritreya və Dominikan respublikası isə bitərəf qalıb.
 
Sənəd böyük sayda qanunsuz miqrant qəbul edən aşağı ÜDM-li ölkələrə yardım göstərməyə hesablanıb. Nəzərdə tutulur ki, paktı imzalayan iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər xeyli sayda qaçqının olduğu ölkələrə maliyyə və digər növ yardım göstərəcək. Pakt, həmçinin qaçqınların əmək bazarına, təhsil və səhiyyə sistemlərinə çıxışını asanlaşdırmalıdır. BMT-nin qəbul etdiyi sənəd məcburi qüvvəyə malik deyil.
 
BMT-nin məlumatına görə, hazırda dünyada təqribən 70 milyon qaçqın var. Bu, II Dünya müharibəsi dövründən bəri ən yüksək saydır. Hazırda ən çox qaçqın Türkiyə, Pakistan, Uqanda və Livanda yaşayır. 

DİGƏR XƏBƏRLƏR

Top