
Mihael Şumaxer hazırda daha çarpayıya bağlı deyil. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, idmançı süni nəfəs aparatının köməyi olmadan sərbəst nəfəs alır. M.Şumaxer İsveçrədəki evindədir və hər gün tibbi baxım görür. Bu qulluğun dəyəri həftədə 50 mindən çox funt-sterlinq təşkil edir.
Xatırladaq ki, almaniyalı idmançı 2013-cü ilin dekabrında Fransanın Alp dağlarında xizək sürərkən ciddi beyin xəsarəti alıb. O, təxminən yarım il komada qalıb. M.Şumaxer “Formula -1” tarixində ən titullu yarışçıdır. Onun hesabında 7 çempionluq titulu var.