Bakıda avtomobil piyada keçidində 4 nəfəri vurub


Bir neçə dəqiqə öncə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ağır yol-nəqliyyat qəzası baş verib.

Yeniavaz.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, "Hyundai" markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil piyada keçidində dayanan iki qadınla iki gənc oğlanı vurub. Daha sonra isə digər minik avtomobili ilə toqquşub. Xəsarət alan şəxslərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top