Bu il Azərbaycanda doğulan körpələrin 2 236-sı əkiz, 96-sı üçəm olub


Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 69 min 645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 967 min 730 nəfərə çatıb.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.
Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında 116 min 365 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2 min 236, üçəmlərin sayı isə 96 olub.

DİGƏR XƏBƏRLƏR

Top