
Çin Dövlət Başçısı Si Cinpin, rəsmi ziyarət çərçivəsində getdiyi Kambocada, Kral Norodom Sihamoni və Baş nazir Hun Sen ilə bir araya gəldib. “Yeniavaz.az”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Si və onu müşayiət edən heyətin paytaxt Phnom Penhdəki Kral Sarayında Kral Norodom Sihamoni və Baş nazir Hun Sen ilə görüşlərində iki ölkə arasındakı əlaqələr və regional məsələlər müzakirə edilib. Hər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Çin tərəfindən Kambocaya infrastruktur, təhsil və səhiyyə sahələrində 600 milyon dollar, hərbi sahədə isə 14 milyon dollar yardım olunması ilə bağlı 31 saziş imzalanıb.
Gülarə Kərimova
Tətbiqimizi yükləyə bilərsiniz