"Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”


Milli Qəhrəman Mübariz İbrahimovla bağlı sosial şəbəkədə etdiyi paylaşımı böyük səs-küyə səbəb olan tələbə Nərmin Şahmarzadə şəhidin ailəsindən üzr istəyib.

Yeniavaz.com xəbər verir ki, N. Şahmarzadə, yazdıqlarının ailəyə təhrif olunaraq çatdırıldığını deyib: “Yenə də deyirəm, mən heç kimin oğluna qatil deməmişəm. Çox təəssüf ki, fikirlərim onlara səhv çatdırılıb. Oğul itirmiş birinə “sənin oğluna qatil deyiblər” şaiyəsini demək ən azından etik deyil. Əgər bu xəbər onlara pis təsir edibsə, incidibsə, şəxsim adına Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top