
Qırğızıstanda rusiyalı hərbçi ölü halda tapılıb.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, hərbçi “Kant” aviabazasında müqavilə üzrə xidmət edib. 39 yaşlı Vladimir Şeblanovun cansız bədəni dekabrın 15-də mənzildə tapılıb. Əsgər mənzili Kant şəhərində kirayə götürüb. Ölüm səbəbini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. İlkin ehtimala görə, o, etil spirtindən zəhərlənib.