ABŞ təmsilçiləri taliblərlə görüçəcək - Əfqan böhranı



“Taliban” hərəkatının nümayəndələri bu gün ABŞ-dan olan nümayəndə heyəti ilə görüşəcəklər. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu taliblərin mətbuat katibi Zabiulla Mücahid deyib.

Görüş Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməlidir.  Görüşdə, həmçinin BƏƏ, Pakistan və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri iştirak edəcəklər. Dialoqun dəqiq keçirilmə yeri və vaxtı hələ məlum deyil.

Bu görüş Vaşinqtonun əfqan böhranının sülh yolu ilə nizamlanmasının aktivləşdirilməsinə istiqamətlənmş səylərinin növbəti mərhəlsi olacaq. Hazırda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bir sıra ölkələr üzrə turnedədir.

DİGƏR XƏBƏRLƏR

Top