İraq prezidenti Britaniya vətəndaşlığından imtina etdi


İraq prezidenti Bərhəm Saleh Britaniya vətəndaşlığından imtina edib.

Bu haqda prezidentin dəftərxanasından bildirilib.

Dəftərxananın xəbərində göstərilir ki, İraqın bu yaxınlarda seçilmiş prezidenti Britaniya təbəəliyindən konstitusiyanın yüksək vəzifəli dövlət xadimlərinə başqa dövlətin vətəndaşlığına malik olmağı qadağan edən tələbi ilə əlaqədar imtina edib.

"O, əvvəlki rejimə (Səddam Hüseyn – red) qarşı müxalif fəaliyyəti dövründə ona vətəndaşlıq vermiş Birləşmiş Krallığa minnətdarlığını və ehtiramını ifadə edir", - deyə dəftərxananın xəbərində bildirilir.(report)

DİGƏR XƏBƏRLƏR

Top