Mingəçevirdə bu binanın sakinlərinin başına göydən daş tökülür - FOTOLAR


Mingəçevirdə 5 mərtəbəli binanın üzərinə vurulan aqlay tökülür. Bina sakinləri ciddi təhlükə ilə üz-üzədirlər. Yeniavaz.com
xəbər verir ki, 60 ailənin məskunlaşdığı bina Mingəçevir şəhəri, Sağ Sahil, Züleyxa Həsənova 2 ünvanında yerləşir. Binada yaşayanların sözlərinə görə, yağış ardından külək olduqda binanın üzərindəki daşlar yerə düşür. Bu da sakinlər üçün, əsasən də azyaşlılar üçün ciddi təhlükə yaradır.
Günün müxtəlif saatlarında hündürlükdən yerə düşən daşlar səs-küyüylə insanları qorxuya salır. Bina sakinləri təhlükədən uzaq olmaq üçün həyətdə avtomobillərini də saxlamırlar. Ağırlığı 10 kiloqrama yaxın olan daşlar hər an bədbəxt hadisəyə yol aça bilər.
Züleyxa Həsənova 2 ünvanında yaşayan sakinlər təhülkəli vəziyyətdən çıxış yolu kimi həmin üzlüklərin sökülməsinin vacib olduğunu bildiriblər. Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə sakinlərə məsələ ilə bağlı rəsmi məktubla müaricət etmək məsləhət görülüb.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top