Oğulun anasını bıçaqlamasının təfərrüatları məlum olub​


Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub.

Yerli sakinlərin verdikləri məlumata görə, hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə etiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.

A.Vəliyeva əvvəlcə xəstəxananın Cərrahiyyə şöbəsinə, əməliyyat olduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top