
Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.
Yeniavaz.com xəbər verir ki, “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib.
Matçın taleyini yeganə bir qol həll edib.
“Sabah”ın futbolçusu Filip İvanoviçin 45-ci dəqiqədə öz qapısına vurduğu qol “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırıb. Günün digər oyununda "Qarabağ” "Keşlə” ilə qarşılaşacaq. Dünən keçirilmiş matçlarda "Sumqayıt” səfərdə "Neftçi”ni 2:0, "Zirə” isə evdə "Səbail”i 1:0 hesabı ilə məğlub edib.