
Suriyanın Hələb vilayətinin Afrin şəhərinin mərkəzi bazarında partlayış baş verib. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, bazarın qarşısında bomba yüklü avtomobil partladılıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 20 nəfərdən çox yaralı var. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub.