İndoneziyada vulkan püskürdü - Kül 3 km-ə çatdı


İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı fəaliyyətə keçib.

Püskürmədən sonra kül və duman 3 km hündürlüyə qədər qalxıb.

Vulkanın 4 km radiusda təsirli olduğu, ətraf ərazilərdə isə əhali üçün təhlükə olmadığı açıqlanıb. Həmçinin, dumanın təyyarə uçuşlarına mane törətmədiyi də bildirilib.

Qeyd edək ki, İndoneziyada 130 aktif vulkan var.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top