Türkiyə qırıcıları yenə İraqın şimalını bombaladı: terrorçulara ağır zərbə

 
Türkiyə Hərbi Hava Qüvvələri İraqın Qara bölgəsində PKK terrorçularının mövqelərinə zərbələr endirib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata əsasən, hava zərbələri nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Terrorçular Türkiyənin hərbi bazalarına hücum hazırlığında olublar. Zərbələr zamanı terror təşkilatına aid mağara və sığınacaqlar məhv edilib. Bununla da son iki gün ərzində İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 28-ə çatıb. 

DİGƏR XƏBƏRLƏR

Top