Fransada “sarı jiletlilər”in aksiyaları zəifləyir - RƏQƏMLƏR

 
İlkin hesablamalara görə Fransada “sarı jiletlilər”in manifestasiyalarında azı 66 min nəfər iştirak edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
 
Ümumi iştirakçıların 900 nəfəri Parisin payına düşüb. Etiraz aksiyalarında 168 nəfər saxlanılıb. Onlardan 112-si istintaq təcridxanasına yerləşdirilib. Hərçənd ötən həftənin şənbə günü Fransadakı manifestasiyaların iştirakçılarının sayı 126 min nəfərə çatmışdı. Xatırladaq ki, Fransada “sarı jiletlilər”in etiraz aksiyaları noyabrın 17-dən keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top