Avropa İttifaqı Türkiyənin hərbi əməliyyatına qarşı çıxdı

 
Avropa İttifaqı (Aİ) Türkiyənin Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirmək niyyətinə görə narahatdır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerinin bəyanatında deyilir.
 
F. Mogerini bildirib ki, Türkiyənin Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirmək mümkünlüyü barədə bəyanatı narahatçılıq doğurur: “Türkiyə bu böhranda və regionda Aİ-nin açar tərəfdaşı və çox vacib oyunçudur. Biz Suriyada zorakılığa son qoymaq, terrorçuluğa qalib gəlmək və sabitliyə yardım etmək hədəflərini bölüşürük, buna görə də gözləyirik ki, Türkiyə hakimiyyəti İŞİD-ə qarşı koalisiyanın səylərini poza və ya Suriyada əlavə qeyri-sabitlik təhdidi yarada biləcək istənilən birtərəfli addımlardan çəkinəcək”.
 
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərq sahilində PYD/YPG terrorçularına qarşı yaxın günlərdə əməliyyat başlamaq niyyətini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top