Serbiya Kosovanı hərbi müdaxilə ilə hədələdi


2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosova öz ordusunu qurur.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Kosova parlamenti Serbiyadan gələn etiraz və təhdidlərə baxmayaraq, ordunun qurulmasına dair qanun layihəsini qəbul edib.
120 yerlik parlamentdə 107 deputatın lehinə səs verdiyi qanun layihəsi mövcud 4 min nəfərlik Kosova Təhlükəsizlik Qüvvələrinin yüngül silahlı nizamlı orduya çevrilməsini nəzərdə tutur. 10 il ərzində ordudakı əsgərlərin sayının 5 minə, ehtiyatdakıların sayının isə 3 minə çıxarılması planlaşdırılır. Ordu üçün illik büdcə isə 98 milyon avro olacaq.
Kosovalı serb deputatları parlamentdəki səsverməni boykot edib, Serbiya isə parlamentin qərarına sərt reaksiya göstərib. Serbiya hökumətinin yazılı açıqlamasında deyilir ki, Priştinanın qərarı ciddi narahatlıq doğurub və başda BMT Təhlükəsizlik Şurasının (TŞ) 1244 saylı qətnamə olmaqla beynəlxalq hüququ açıq şəkildə pozur.
İyun 1999-cu il tarixli sözügedən qətnamə ilə 1998-ci ildə başlayan müharibə sona çatıb və Kosovaya KFOR sülhməramlı qüvvələr yerləşdirilib. Serbiyanın xarici işləri İvitsa Daçiç məsələ ilə bağlı BMT TŞ-Nin təcili iclasının keçirilməsini tələb edəcəklərini bildirib. Serbiya Prezidenti Aleksandr Vuçiçin müşavirlərindən biri olan Nikola Selakoviç deyib ki, serb silahlı qüvvələri Kosovaya göndərilə  və Kosovanı “işğal altındakı torpaq” elan edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top