Milyarderlər 300 milyard dollara yaxın vəsait itiriblər

Dollar milyarderləri 2015-ci ildə ümumilikdə təqribən 300 milyard dollar itiriblər. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “UBS and PwC” bankın araşdırmasında deyilir. Ötən il milyarderlərin ümumi kapitalı 5,1 trilyon dollar təşkil edib. 2014-cü ildə bu rəqəm 5,4 trilyon dollar olub. Milyarderlərin ümumi kapitalının azalmasına baxmayaraq, onların sayı artırş 2015-ci ildə dünyada 210 yeni milyarder olub, onlardan 150-si fərdi sahibkardır. Ekspertlər güman edirlər ki, məcmu kapitalın azalmasına valyuta məzənnəsinin dəyişməsi və xammal qiymətinin aşağı düşməsi ilə əlaqədardır.

DİGƏR XƏBƏRLƏR

Top