Yevlaxda 2 uşaq anası ilə bağlı dəhşətli xəbər - Qoyunlara görə... - FOTOLAR


2 uşaq anası atası evində həyat yoldaşı tərəfindən qətlə yetirilib. Yeniavaz.com xəbər verir ki, dəhşətli hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib.
Rayonun Nemətabad kənd sakini Saday Sadıqov, həyat yoldaşı Vəfa Abışovanı öz doğmalarının gözü qarşında bıçaqlayıb. Ağır yaralanan qadın dayısı evinə qaçıb canını qurataramağa çalışsa da, xeyli qan itirdiyindən vəfat edib.
Hadisə baş vermzədən bir neçə gün əvvəl atası evinə qayıdan 30 yaşlı Vəfa Abışova ilə həyat yoldaşı arasında tez-tez mübahisələr yaranırmış.
Mərhum anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.
Anası qətlin Saday Sadıqovun ailəyə məxsus qoyunları satmasından sora baş verdiyini bildirib.
Qeyd edək ki, qətlə yetirlən qadın 2 oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirlir.
Esmira Hidayayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top