DSX Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa hissəsindəki döyüş postlarını təhvil alıb


"Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib".

Yeniavaz.com-un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

E.Quliyev bildirib ki, bu, Azərbaycan sərhədçisinə göstərilən ciddi etimadın ifadəsidir: "Azərbaycan Res­pub­likasının dövlət sərhədinin tam mühafizə altına götürülmə­sinin əsasını qo­yan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olun­ması, hazırda bu istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top