Dağlıq Qarabağdakı seperatçı rejimin başçısı Bako Saakyan "müdafiə naziri" Levon Mnatsakanyanı tutduğu vəzifədən azad edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildir ki, Bakoo Saakyan Levon Mnatsakanyanın yerinə general-mayor Karen Abramyanı təyin edib.
"Müdafiə naziri" vəzifəsindən azad edilən Levon Mnatsakanyan qondarma respublikanın Fövqəladə Hallar Xidmətinə direktor təyin olunub.
Fövqəladə Hallar Xidmətinin "direktor" Karen Sarkisyan isə Bakoo Saakyanın xüsusi işlər üzrə müşaviri təyin edilib.