"Şaxta Baba"mız MDB-də 3-cü oldu - SİYAHI


Bildiyimiz kimi, Yeni İl Bayramının əsas simalarından biri "Şaxta Baba" obrazıdır. Bu söz dilimizə rus dilindəki  "Дедов Морозов" sözündən keçib. Demək olar ki, dünyanın əksər ölkələrində, onların özlərnə məxsus "Şaxta Baba" obrazları vardır. Bu obrazlar xarici görünüşlərinə görə bir-birinə çox bənzəsələrdə, dünyanın müxtəlif ölkələrində fərqli adlarla adlandırılır. Bu adların arasında ən populyarı ABŞ və Kanadaya məxsus olan "Santa-Klaus"dur.
Yeniavaz.com xəbər verir ki, "TourStat" analitik agentliyi rusiyalı turistlər arasında maraqlı sorğu keçirib. Turistlərdən MDB ölkələri və Gürcüstana məxsus "Şaxta Baba"lardan ən çox hansını bəyəndikləri soruşulub. Verilən cavablara əsasən Belarusiyaya məxsus olan "Dzed  Maroz" rusiyalı turistlər arasında ən çox tanınanı olub.
Populiyarlığına görə, ikinci sırada Qazaxıstanın "Ayaz Ata"sı qərarlaşıb. Üçüncü sırada isə Azərbaycanın "Şaxta Baba"sı yer alır.
Növbəti yerlərdə Ermənistanın "Kaxand Papa"sı, Özbəkistanın "Korbobo"su, Moldovanın "Moş Kreçun"u, Qırğızıstanın "Ayaz Ata"sı, Tacikistanın "Boboi Barfi"si, Türkmənistanın "Ayaz Ata"sı yer alıb.
Gürcüstanın "Tovlis Papa"sı isə sonuncu sırada yer alaraq rusiyalı turistlərin diqqətindən kənarda qalıb.

1. "Dzed  Maroz" (Belarus)
2.  "Ayaz Ata" (Qazaxıstan)
3.  "Şaxta Baba" (Azərbaycan)
4.  "Kaxand Papa" (Ermənistan)
5.  "Korbobo" (Özbəkistan)
6.  "Moş Kreçun" (Moldova)
7.  "Ayaz Ata" (Qırğızıstan)
8.  "Boboi Barfi" (Tacikistan)
9.  "Ayaz Ata" (Türkmənistan)
10.  "Tovlis Papa" (Gürcüstan)
 

DİGƏR XƏBƏRLƏR

Top