Bakıda 37 metrlik "yolka" qurulur FOTO


Qarşıdan gələn Yeni il bayramı ilə bağlı paytaxt Bakıda hazırlıq işləri görülür. 

Yeniavaz.com “Trend”ə istinadən xəbər verir ki, Bakının müxtəlif yerlərində "yolka" ağaclarının quraşdırılmasına başlanılıb. Ənənəvi olaraq şəhərin ən hündür "yolka"sı bu il də Azadlıq meydanında quraşdırılacaq.
 
Uzunluğu 37 metr (ulduz daxil), diametri isə 16 metr olan Yeni il ağacını artıq sözügedən yerdə quraşdırmağa başlayıblar.
 
İş icraçısının verdiyi məlumata görə, hava şəraiti əlverişli olarsa, işlər vaxtında bitəcək və yolka bu ayın 22-də şəhər sakinlərinin ixtiyarına veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top