34 yaşlı kişi tanımadığı şəxs tərəfindən ürəyindən bıçaqlandı - Azərbaycanda


Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb.

Hadisə rayonun İstisu adlanan ərazisində baş verib.

Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top