
Lənkəranda 45 yaşlı kişi itkin düşüb.
Hadisə rayonun Lüvəsər kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Valeh Saleh oğlu dekabrın 11-də səhər saatlarında balıq tutmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb.(Trend)