Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü


Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Yusif Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Afiq Qəmbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top