İsrail Fələstinin paytaxtına giriş və çıxışı nəzarətə götürdü



İsrail hərbçiləri Fələstinin faktiki paytaxtı olan Ramallaya giriş-çıxışları nəzarətə götürüblər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus deyib.

Onun sözlərinə görə, bu, Ramalla ətrafında yəhudi dövlətinin iki vətəndaşının öldürülməsindən sonra baş verib: “Qatillər axtarışa verilib, onlar cinayət yerindən maşında uzaqlaşıblar. Məlumdur ki, onlar avtobus dayanacağına atəş açıblar, bu da faciəyə gətirib çıxarıb”.

Avtomobil Ramalla istiqamətində gizlənib. Şəhərdə axtarışlar aparılır. Qeyd edək ki, Ramallada Fələstin Prezidenti Mahmud Abbasın iqamətgahı, hakimiyyətin digər orqanları və xarici diplomatik nümayəndəliklər yerləşib.

DİGƏR XƏBƏRLƏR

Top