“Fənərbağça” Kokunun müqaviləsini ləğv etdi: TƏZMİNAT AÇIQLANDI


“Fənərbağça” futbol klubu daha əvvəl baş məşqçi vəzifəsindən azad etdiyi Filip Kokunun müqaviləsini bu gün ləğv edib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.

Xatırladaq ki, “Fənərbağça” hollandiyalı mütəxəssislə 3 illk müqavilə imzalamışdı. Müqavilənin dəyəri 2 milyon avro təşkil edib. 5 ay baş məşqçi vəzifəsində qalan F. Koku bu müddət ərzində 1 milyon avro alıb. O, müqavilə ilə birlikdə 12 aylıq maaşını da alaraq ümumilikdə 3 milyon avro qarşılığında sazişi ləğv edib. F. Koku, həmçinin mövsümün əvvəlində müqaviləsində yazılan bonusları da alacaq.

DİGƏR XƏBƏRLƏR

Top