"Xərçəng"in ən çox yayıldığı 50 ÖLKƏ - Aralarında cəmi bir müsəlman ölkəsi var


Dünyada hər 100 min nəfərdən 198-i xərçəng xəstəliyinə düçar olub. Yeniavaz.com Dünya Xərçəng Araşdırmaları Fondunun açıqladığı məlumatlara istinadən bildirir ki, xərçəng xəstəliyi kişilar arasında qadınlara nisbətən daha çox yayılıb. Dünyada  hər 100 min kişinin 218,6-sı, hər 100 min qadının isə 182,6-sı xərçəng xəstəsidir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda xərçəng xəstələrinin sayı dünya üzrə qeydə alınan orta göstərcidən aşağıdır. Açıqlanan rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycanda hər 100 min nəfərə düşən xərçəng xəstələrinin sayı 115 olub. Lakin, onu da qeyd edək ki, son illər Azərbaycanda da xərçəng xəstələrinin sayı sürətlə artır. Belə ki, 2010-cu ildə ölkədə hər 100 min nəfərə düşən xərçəng xəstələrinin sayı  85,4 olub. Bu göstərici 2015-ci ildə 106,9-a, 2016-cı ildə isə 112,1-ə yüksəlib.
Dünyada xərçəng xəstəliyini  ən çox yayıldığı ölkə Avstraliya hesab olunur. Bu ölkədə hər 100 min nəfərin  468-i xərçəng xəstəsidir. "Xərçəng"in ən çox yayıldığı 50 ölkə arasında iqtisadi cəhətdən daha çox inkişaf etmiş Avropa ölkələri daha çox yer alıb.
Onu da bildirək ki, 50 ölkənin sıralamasında 48-ci sırada yeganə müsəlman ölkəsi - Livan qərarlaşıb.
Xərçəng xəstəliyinin ən çox yayıldığı 50 ölkə bunlardı:

S/S

Ölkələr

Hər 100 000 nəfərə düşən xəstə sayı

1

Avstraliya

468

2

Yeni Zelandiya

438,1

3

İrlandiya

373,7

4

Macarıstan

368,1

5

ABŞ

352,2

6

Belçika

345,8

7

Fransa

344.1

8

Danimarka

340,4

9

Norveç

337,8

10

Hollandiya

334,1

11

Kanada

334

12

Yeni Kaledoniya

324,2

13

B. Britaniya

319,2

14

Cənubi Koreya

313,5

15

Almaniya

313,1

16

İsveçrə

311

17

Lüksemburq

309,3

18

Serbia

307,9

19

Sloveniya

304,9

20

Latviya

302,2

21

Slovakiya

297,5

22

Çexiya

296,7

23

İsveç

294,7

24

İtaliya

290,6

25

Xorvatiya

287,2

26

Litva

285,8

27

Estoniya

283,3

28

Yunanıstan

279,8

29

İspaniya

272,3

30

Finlandiya

266,2

31

Uruqvay

263,4

32

Belarus

260,7

33

Portuqaliya

259,5

34

İslandiya

257,8

35

Qvadelupa

254,6

36

Puarto Riko

254,5

37

Moldova

254,3

38

Polşa

253,8

39

Kipr

250,8

40

Martinika

250,8

41

Malta

249,4

42

Sinqapur

248,9

43

Yaponiya

248

44

Avstriya

247,7

45

Barbados

247,5

46

Fransa Qvianası

247

47

Bolqarıstan

242,8

48

Livan

242,8

49

Fransa Polineziyası

240,6

50

İsrail

233,6

 

 
 

DİGƏR XƏBƏRLƏR

Top