ABŞ Ərdoğanın hərbi əməliyyat anonsuna cavab verdi


Türkiyənin Suriyanın şimal-şərqində təktərəfli hərbi hərəkətləri qəbuledilməzdir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şon Robertson deyib. Onun sözlərinə görə, istənilən tərəfin Suriyanın şimal-şərqində təktərəfli hərbi addımları ciddi narahatçılıq doğurur: “Nəzərə almaq lazımdır ki, Amerika heyəti orada iştirak edə və ya yaxınlıqda ola bilər”.

Ş.Robertson qeyd edib ki, ABŞ istənilən belə hərəkətləri qəbuledilməz hesab edir: “ABŞ və Türkiyə arasında koordinasiya və konsultasiya bu sahədə mövcud narahatçılığı həll etməyin yeganı vasitəsidir”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli hərbçilərin yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində əməliyyata başlamaq niyyətində olduğunu bəyan etmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top