
Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 46 nəfər yaralanıb.
Ankara valisi Vasip Şahin bildirib ki, sürət qatarı eyni yolda nəzarəti həyata keçirən lokomotivlə toqquşub.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.
Ankara-Konya arasında hərəkətdə olan sürət qatarı qəzaya uğrayıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib. Qəza nəticəsində qatarın iki vaqonu aşıb. Əraziyə çoxlu sayda təcili yardım briqadaları cəlb olunub. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz