İnternetdən nə qədər insan istifadə edir?


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər (planet əhalisinin 51,2%-i) internetə çıxış imkanına malik olacaq.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya texnologiyaları üzrə mütəxəssisləri müvafiq araşdırma aparıblar. Onların məlumatına görə, 13 il ərzində Afrika ölkələrində internetə çıxışa malik əhalinin payı 2005-ci ildə 2,1-dən 2018-ci ildə 24,4%-dək yüksəlib.
 
Bundan başqa, internetə çıxış imkanına malik olan dünyanın inkişaf etmiş ölkələrində yaşayan sakinlərin sayı 51,3-dən 80,9%-dək, inkişaf etməkdə olan ölkələrdə isə 7,7-dən 45,3%-dək yüksəlib. MDB ölkələrində internetin nüfuzetmə səviyyəsi orta hesabla 71,3%, Avropa dövlətlərində isə 79,6% təşkil edir.(ICTnews)

DİGƏR XƏBƏRLƏR

Top