Bakı metrosunda dava düşdü


Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb.

Hadisə saat 18:37-də baş verib. 

Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. 

Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb:

“İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top