
İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb. Yeniavaz.com xəbər verir ki, mükafat ümumilikdə beynəlxalq diplomatiyanın altı veteranına verilib.
Təşkilatın açıqlamasında deyilir ki, həmin şəxslər "daha təkmilləşdirilmiş, təhlükəsiz və sülh içində olan" dünyanın qurulmasına mühüm töhfə verdikləri üçün mükafatlandırılıblar.
Qeyd edək ki, mükafat həmçinin Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib.