Qaradağda tikiş sexində partlayış: Xəsarət alanlar var


Bakının Qaradağ rayonunda tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli üç otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, nəticədə iki otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top