Bu il vəfat edən 30 azərbaycanlı məşhur - SİYAHI


2018-ci ilin başa çatmasına az qalır. Yola salmağa hazırşlaşdığımız ildə dünyasını dəyişən məşhurlar az olmadı. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.

1. Fuad Poladov - Xalq artisti xərçəngdən dünyasını dəyişdi.
2. Yavər Camalov - Müdafiə sənayesi naziri onkoloji xəstəlikdən vəfat etdi.
3. Xəyyam Mirzəzadə - Xalq artisti uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişib.
4. Amaliya Pənahova - Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi.
5. Əjdər Ağayev - Əməkdar müəllim, Azərbaycan Təhsil Şurasının təsisçisi bir neçə ay idi xəstə idi.
6. Zərnigar Ağakişiyeva - Xalq artisti evində ölü tapılıb.
7. Etimad Əsədov - Qarabağ qazilər birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi ağciyər xərçəngindən əziyyət çəkirdi. 
8. Anar Nağılbaz - Reper ürəktutmadan vəfat edib.
9. Qara Mustafayev - Məşhur Azərbaycan alimi, biologiya elmləri doktorunun bir müddət idi səhhətində problem var idi.
10. Astan Şahverdiyev - Deputat ürəktutmadan dünyasını dəyişib.
11. Marlen Əsgərov - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti ürək çatışmazlığından vəfat edib.
12. Əyyub Kərimov - tanınmış jurnalist və hüquqşünas dəm qazından boğulub.
13. Fehruz Mustafayev - Azərbaycanın sabiq baş naziri ürək çatışmazlığından vəfat edib.
14. Aslan Aslanov - Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini xərçəng xəstəliyindən əziyyət çəkirdi.
15. Böyükağa Hacıyev - "Neftçi"nin və Məşqçilər Komitəsinin üzvü ürəktutmadan vəfat edib.
16. Tahir Əkbər - Bəstəkar, əməkdar incəsənət xadimi insultdan ölüb.
17. Bayram Kürdəxanılı - Tanınmış meyxanaçı yol qəzasında dünyasını dəyişib.
18. Kamil Vəzirov - Xalq artisti, tanınmış qarmon ifaçısı bir neçə xəstəlikdən əziyyət çəkirdi.
19. Nəriman Yusifov - Azərbaycanın sabiq ədliyyə naziri uzun sürən xəstəlikdən vəfat edib.
20. Məryəm Həsənova - 1991-ci ildə Azərbaycanın müstəqilliyi ilə bağlı akta imza atan 43 istiqlalçı deputatdan biri.
21. Səbinə Mirzəyeva - Tanınmış cərrah mama-ginekoloqun beyninə qan sızıb və vəfat edib.
22. Novruz Novruzlu - "Savalan" musiqi qrupunun bədii rəhbəri və solisti ürək çatışmazlığından dünyasını dəyişib.
23. Gülarə Cabbarlı - Cəfər Cabbarlının qızı ürək çatışmazlığından vəfat edib.
24. Nahid Hacızadə - Yazıçı-publisist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
25. Abbas Ələsgərov - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.
26. Nahid Emiloğlu - Tanınmış təşkilatçı və prodüserin ölümünə səbəb ürəyində yaranan problem olub.
27. Azər Tağıyev - Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyev - uzun sürən xəstəlikdən vəfat edib.
28. Kamran İsrafilov - İctimai Televiziyanın aparıcısı ürəktutmasından həyatını itirib.
29. Aşıq Azər Xanlaroğlu - hepatitdən vəfat edib.
30. Böyükkişi Ağayev - Görkəmli alim, cərrah, akademik uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top