Gəncədə anım mərasimi keçirilib - FOTOLAR


Ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür. Yeniavaz.com xəbər verir ki, anım günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli liderini heç vaxt unutmur və unutmayacaq. Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Gəncə daim Ümummilli liderin diqqət və qayğısını hiss edib. Gəncəyə etdiyi səfərlər zamanı Heydər Əliyev ilk olaraq yolunu Şeyx Nizaminin məqbərəsindən salıb, onu daim yad edib. Azərbaycan gəncliyin də Ümummilli liderin ideyalarına sadiqdirlər. Heydər Əliyev daim gənclərin qəlbində yaşayıb və yaşayacaq. Gəncəlilər də, hər zaman dövlətinə, ölkə rəhbərinə və ümumilli liderinə öz sədaqətini nümayiş etdiriblər. Gün boyu Ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunub, hər bir fərd dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top