
Almaniyanın Verl şəhərində maye şəklində olan 1 ton şokolad küçəyə axıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti məlumat yayıb.
İnsident bazar ertəsi axşam saatlarında baş verib. Fabrikdə qəza baş verib, şokolad kütləsi yola axıb və donub. Bu səbəbdən təqribən 10 kvadratmetr sahəsində plitka əmələ gəlib. Hadisə yerinə yanğın söndürənlər gəliblər. Onlar kürəklərin köməkliyi ilə küçəni təmizləyiblər.