"Vergi islahatlarının əsas hədəfi özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır"



“Vergi islahatlarının əsas hədəfi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır”.

Bunu qurumun İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov deyib.

“İslahat heç də qeyri-neft sektorunda qeyri-leqal çalışanların əməkhaqqının kütləvi artırılması anlamına gəlməməlidir. Əgər işçi nağd pul şəklində vergi və sosial tutulmalar olmadan qeyri-rəsmi əməkhaqqı alırsa, vergi yükünün azalması sadəcə əməkhaqqının rəsmiləşdirilməsinə imkan verəcək. Yəni burada əslində heç bir kütləvi əməkhaqqı artımından söhbət gedə bilməz. Müəyyən artım yalnız rəsmi çalışan işçilərin əməkhaqqında ola bilər. Lakin təhlillər və müşahidələr göstərir ki, qeyri-neft sektorunun özəl bölməsində rəsmi əmək münasibətlərinin miqyası qeyri-rəsmi əmək münasibətləri ilə müqayisədə dəfələrlə kiçikdir. Qeyri-rəsmi əmək bazarının fəaliyyətindən ən çox zərər görən sıravi vətəndaşdır. Çünki bu halda işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki aldığı əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur. Bu isə işçiləri gələcəkdə pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan, dəyişikliklər yüz minlərlə insanın pensiya və sosial müavinət hüquqlarının bərpa edilməsini təmin edəcək”, - deyə o, qeyd edib. (report)

DİGƏR XƏBƏRLƏR

Top