İpoteka kreditlərində aylıq ödənişlər artıb


Noyabr ayının əvvəlinə olan məlumata görə, bu il dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, Fond tərəfindən indiyədək 24 min 871 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilən ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 191 milyon 619 min manat olub.
Fondun vəsaitləri hesabına verilən ipoteka kreditlərinin orta kredit müddəti 281 ay olub. Eyni zamanda orta faiz dərəcəsi 6,57%, aylıq ödənişlərin orta məbləği isə 342,3 manat təşkil edib.
Məlumat üçün qeyd edək ki, ötən ili analoji dövrü ilə müqayisədə ipoteka kreditləri üzrə aylıq ödənişin məbləği artıb. Belə ki, 2017-ci ilin oktyabr ayında ipoteka krediti üzrə aylıq ödənişlərin orta məbləği isə 313,5 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top