Strasburqda etirazlar qadağan edildi


Fransanın Strasburq şəhərində etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Fransa Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes deyib.
Onun sözlərinə görə, qadağa yalnız bu şəhərdə qüvvədə olacaq və Fransanın bütün ərazisinə yayılmayacaq.
Xatırladaq ki, ötən gecə naməlum şəxs Strasburqda Milad bayramına həsr olunmuş yarmarkada atəş açıb. Son məlumata görə, atəş nəticəsində 3 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top