“Google”da “idiot” sözünü yazanda niyə yalnız Trampın şəkilləri çıxır? - SƏBƏB


ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquqi komitəsində keçirilən dinləmələr zamanı qanunverici Zoi Lofqren “Google” şirkətinin baş direktoru Sundar Piçaiyə sual verib.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, Nümayəndələr Palatasının qadın üzvü sualında deyib:
“Elə indi mən “Google”da “idiot” sözünü “şəkillər” bölümündə daxil etsəm ABŞ Prezidenti Donald Trampın fotoları çıxacaq. Budur, mən indicə bunu etdim. Bu, necə alınır?”.
Həqiqətən də “Google”un ingilis dilli versiyasında “idiot” sözünü yazdıqda axtarış praktiki olaraq yalnız ABŞ Prezidentinin şəkillərini çıxarır. Yeri gəlmişkən rus dilində axtarış zamanı da eyni hal baş verir, lakin bu zaman D. Trampın şəkilləri xeyli azdır və onlar Fyodr Dostoyevskinin eyniadlı əsəri (“İdiot”) əsərinin kitabının üz təsvirləri ilə yanaşı qalır.
“Google” şirkətinin baş direktoru suala cavab vermək üçün axtarış sisteminin baza prinsiplərini izah etməyə məcbur olub: “Biz əsas sözü götürürük və onu saytların səhifələri arasında əlaqə yaradırıq, sonra onları aktuallıq, populyarlıq kimi 200 siqnal və onun digər insanlar tərəfindən necə istifadə olunması əsasında çeşidləndiririk. Bunun əsasında hər bir konkret zaman kəsiyində onları çeşidləndirməyə və həmin sorğu üçün ən yaxşı axtarış nəticələrini göstərməyə çalışırıq”.
Buna cavab olaraq Z. Lofqren deyib: “Deməli, haradasa kulis arxasında oturub istifadəçiyə nəyi göstərməyə qərar verən heç kəs yoxdur?”. S. Piçai qeyd edib: “Biz heç bir konkret axtarış sorğusuna əllə qarışmırıq”. Lakin “Google”un rəhbəri “idiot” sözü üçün ən yaxşı nəticənin məhz D.Tramp alınmasının səbəbini izah edə bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top