Kaliforniyada "Facebook" əməkdaşları partlayış təhlükəsi səbəbindən təxliyyə olunublar - VİDEO


"Facebook" şirkətinin ABŞ-ın Kalifoniya ştatının Menlo-Park şəhərində yerləşən binalarından birində insanlar təxliyyə olunublar.

Binada partlayıcı qurğunun olması barədə məlumat Nyu-Yorkun polis departamentinə daxil olub. Onlar da öz növbələrində şəhərin polis nümayəndələrini xəbərdar ediblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və istehkamçılar cəlb olunub.

Şirkət nümayəndəsinin "Reuters"ə bildirdiyinə görə, əməkdaşlar bir neçə binadan təxliyyə olunublar və hazırda təhlükəsiz yerdədirlər. Təhlükə barədə məlumat yoxlanılır.


(Report)

 

 

DİGƏR XƏBƏRLƏR

Top