Şamaxıda sürüşmə ailələri evsiz qoydu - VİDEO

Maşın gələ bilmir, piyada keçə bilmirik qapımıza. Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib.

Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır. Torpaq sürüşməsi nəticəsində kənd sakinlərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb.

Sürüşmə zamanı kənd sakinlərinin həyətyanı sahələrinin hasarları, meyvə ağacları yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağışdan sonra aktivləşən torpaq kütləsi yolları yararsız hala salıb. Nəticədə, bəzi evlərə gedən avtomobil yolları tamamilə bağlanıb.

Qeyd edək ki, sürüşmə səbəbindən Quşçu kəndində 15-ə yaxın evin divarında iri və xırda çatlar əmələ gəlib. Bəzi sakinlərə məxsus yaşayış evi sürüşmə nəticəsində tamamilə qəzalı vəziyyətə düşüb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top