Misirdə sarı jiletlərin satışı qadağan edildi



Misir hakimiyyəti pərakəndə satışla məşğul olan ticarətçilərə sarı işıq əks etdirən jiletləri satmağı qadağan edib. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, eyni ilə bu cür jiletlər artıq bir aydır Fransada davam edən kütləvi etiraz və talanların rəmzinə çevrilib.

Məsələ ilə bağlı hakimiyyət tərəfindən heç bir izahat verilməyib. Lakin ekspertlər xatırladır ki, Misirdə 2011-ci ildə baş vermiş iğtişaşların ildönümü yaxınlaşır. Həmin iğtişaşlar 1981-ci ildən ölkəyə rəhbərlik etmiş Prezident Hüsni Mübarəkin hakimiyyətdən kənarlaşdırılması ilə başa çatıb.

Bildirilir ki, riteylerlərə belə jiletlərin pərakəndə satışına tam qadağa haqqında təlimat göndərilib. Topdan satışlara isə ciddi nəzarət ediləcək və polisdən müvafiq icazə alındıqdan sonra yalnız sınanmış şirkətlər üçün əlçatan olacaq.

DİGƏR XƏBƏRLƏR

Top