Qurban Qurbanovun almaq istəmədiyi təzminat - Fantastik məbləğ


Ötən həftə milli ilə yolları ayrılan Qurban Qurbanov AFFA-dan təzminat tələb etməyib. 46 yaşlı çalışdırıcı keçən il bağlanılan sözləşmənin yerdə qalan 5 illik ödənişini assosiasiyaya bağışlayıb.

Qurbanov bir daha bu addımı ilə millinin "sükanı arxası"na pul üçün keçmədiyini isbatlayıb.

Qurban Qurbanov yığmanın baş məşqçisi olaraq aylıq 17 min manat maaş alıb. Bu isə illik 204,000 manat deməkdir. Yəni, Qurbanovun AFFA-dan 1 milyon, 20 min manat tələb etməyə tam haqqı var idi.(yenicag.az)

DİGƏR XƏBƏRLƏR

Top